Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 09-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 09-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin dəyişiləcəyi haqqında məlumat
Yanvarın 09-da ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
Modern.az