Modern.az

Qeyri-neft məhsullarının ixracı 59% artıb

Qeyri-neft məhsullarının ixracı 59% artıb

5 Fevral 2022, 16:44

Bu ilin yanvar ayında Azərbaycanın ixracınn dəyəri 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 59 % çox - 232,2 milyon ABŞ dolları təşkil edib.

 

Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.

 

Ötən ay meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib.

 

Bundan başqa, son 1 ildə kimya sənayesi məhsullarının ixrac dəyəri 9,3 dəfə, pambıq lifinin ixrac dəyəri 56,4 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 56,5 %, pambıq iplik ixracının dəyəri 34,5 %, şəkər ixracının dəyəri 24,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracının dəyəri isə 10,2 % artıb.

 

Hesabat dövründə yeyinti məhsulları üzrə ixracın dəyəri 31 % artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 71,9 % artaraq 172 milyon ABŞ dolları təşkil edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi