Britaniyanın baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Consonun ofisi məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Liderlər beynəlxalq tərəfdaşlarla apardıqları müzakirələr, o cümlədən Boris Consonun keçən həftə Kiyevə səfəri barədə bir-birlərini məlumatlandırıblar.