Modern.az

ABŞ ordusunun ilk qrupu Polşaya gəldi

ABŞ ordusunun ilk qrupu Polşaya gəldi

Dünya

5 Fevral 2022, 18:23

ABŞ-ın 82-ci Hava Desant Diviziyasının əsgər və zabitləri Rzeşov yaxınlığındakı Yasionka hava limanına gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın PAP informasiya agentliyi məlumat yayıb.

 

Bu, ABŞ ordusunun Polşaya göndərilən ilk qrupudur.

 

Ümumilikdə ABŞ-dan Polşaya 1700 hərbçi köçürülüb. ABŞ Rumıniya və Almaniyaya da əlavə hərbi birləşmələr göndərib. Daha 8,5 min hərbçi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal