Modern.az

Türkiyə ordusuna yeni "Bayraktar"lar verildi

Türkiyə ordusuna yeni

Dünya

5 Fevral 2022, 19:01

Türkiyənin Quru Qoşunlarına "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

 

Yeni PUA-lar ölkə daxilində yerli imkanlarla istehsal edilən CATS kameraları ilə təchiz edilib.

 

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan ordusunun Türkiyə istehsalı PUA-larından uğurla istifadə etməsindən sonra Kanada Türkiyəyə kameraların ixracına qadağa qoyub. Bundan sonra Türkiyə yerli imkanlarla kamera istehsalına başlayıb.

 

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal