Pakistanın Bəlucistan vilayətində yerləşən kömür mədənində partlayış baş verib.
Modern.az "Daily Pakistan" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Metan qazının toplanması nəticəsində baş verən partlayış zamanı daha 5 nəfər yaralanıb.
Dağıntılar altında başqa şəxslərin qalıb-qalmamasını yoxlamaq üçün şaxtada axtarışlar aparılır.
Akif İsmayılov