Türkiyə Silahlı Qüvvələri Suriyanın iki əməliyyat bölgəsində daha 14 terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat "Zeytun Budağı" və "Sülh çeşməsi" bölgələrində aparılıb.
Nazirlik terrorçulara qarşı aktiv mübarizənin davam etdirildiyini bəyan edib.
Akif İsmayılov