Modern.az

ABŞ Ukraynaya 650 ton hərbi yardım göndərib

ABŞ Ukraynaya 650 ton hərbi yardım göndərib

Dünya

5 Fevral 2022, 23:54

Ukrayna ABŞ-dan 86 ton ağırlığında daha bir hərbi yardım alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov məlumat verib.

 

Onun sözlərinə görə, 2022-ci ildə Vaşinqton Kiyevə 650 tondan çox hərbi texnika tədarük edib.

 

Nazir yardımın davam edəcəyini bildirib.

 

Yanvarda ABŞ Ukraynaya əlavə 200 milyon dollar hərbi yardım ayırdığını elan edib, həmçinin Baltikyanı ölkələrin Ukraynaya "Javelin" raket sistemləri verməsinə icazə verib. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal