Böyük Britaniya kraliçası II Elizabet hakimiyyətinin 70-ci ildönümü ərəfəsində xalqa müraciət edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, II Elizabet böyük oğlu Şahzadə Çarlzla birlikdə taxta çıxacaq Böyük Britaniyanın yeni konsort kraliçasının adını açıqlayıb.
"Mənə göstərdiyiniz sədaqət və məhəbbətə görə minnətdaram, sizə borcluyam. Bilirəm ki, oğlum Çarlz və onun həyat yoldaşı Kamilla hakimiyyətə gələn zaman mənə verdiyiniz dəstəyi onlara da verəcəksiniz", - deyə II Elizabet bildirib.
Qeyd edək ki, Kamilla şahzadə Çarlzın ikinci həyat yoldaşıdır.
II Elizabet 1952-ci il 6 fevral tarixində hakimiyyətə gəlib.