ABŞ Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda yeni miqrasiya böhranına hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə "Fox News" öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, avropalı müttəfiqlər qaçqın axınının mümkünlüyünü müzakirə edəcəklər.
Qeyd edək ki, Qərb dövlətləri Rusiyanın Ukrayna ərazilərini işğal etməyə hazırlaşdığını bildirir. Moskva bu cür bəyanatları rədd edir.
Telekanalın məlumatına görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli qapalı iclas zamanı konqresmenlərə Rusiyanın Ukraynaya müdaxiləsi halında Kiyevin 72 saat ərzində süquta uğraya biləcəyini deyib. Mark Milli bildirib ki, tammiqyaslı işğal 15 min Ukrayna və 4 min Rusiya hərbçisinin ölümü ilə nəticələnə bilər.
Akif İsmayılov