Modern.az

ABŞ-dan Donbasla bağlı həyəcanlı XƏBƏRDARLIQ

ABŞ-dan Donbasla bağlı həyəcanlı XƏBƏRDARLIQ

Dünya

6 Fevral 2022, 20:21

ABŞ Rusiyanın Donbası ilhaq edə biləcəyini istisna etmir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC televiziyasının efirində bildirib.

 

"Rusiya Federasiyasının hərəkətləri bir çox formada ola bilər, o cümlədən, Ukraynanın şərqindəki Donbas kimi tanınan əraziləri ilhaq etmək ehtimalı var. Yaxud kiberhücumlar, siyasi sabitliyin pozulması da daxil olmaqla bir sıra hibrid tədbirlər həyata keçirə bilər", - deyə o qeyd edib.

 

Sallivan vurğulayıb ki, son aylarda ABŞ və müttəfiqləri bütün mümkün ssenarilərə hazırlaşmaq üçün çalışırlar.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal