Modern.az

250 ildən sonra Ceyms Kukun gəmisi TAPILDI

250 ildən sonra Ceyms Kukun gəmisi TAPILDI

Dünya

6 Fevral 2022, 20:34

1770-ci ildə Avstraliyaya səfər edən səyyah Ceyms Kukun batmış gəmisi ABŞ-da tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Australian Geographic" portalı məlumat yayıb.

 

İngilis səyyahı və kəşfiyyatçı Ceyms Kukun “Endeavour” gəmisinin parçaları iki yüz ildən artıqdır ki, ABŞ-ın Nyuport limanının dibində qalıb.

 

Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sumptionun sözlərinə görə, bu gəminin kəşfi elm tarixində ən mühüm hadisələrdən biridir. O qeyd edib ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələdir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal