Türkiyənin Antalya vilayətində yerləşən xizək mərkəzində güclü qar nəticəsində turizm obyektlərindən birinin tavanı uçub.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hadisə zamanı 8 nəfər xəsarət alıb. Yaralılar helikopterlə xəstəxanaya aparılıb.
Hadisə yerinə fövqəladə hallar idarəsinin əməkşdaları cəlb edilib.