Modern.az

Salyanda partlayış - Bir ailənin 3 üzvü yaralandı

Salyanda partlayış - Bir ailənin 3 üzvü yaralandı

Hadisə

7 Fevral 2022, 08:51

Salyanın Qarabağlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

 

Modern.az-ın məlumatına görə, partlayış nəticəsində bir ailənin üç üzvü -1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı, övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu