Modern.az

ACP: “İndiki durumda Rəsul Quliyev seçkilərdə necə iştirak edə bilər ki?”- AÇIQLAMA

ACP: “İndiki durumda Rəsul Quliyev seçkilərdə necə iştirak edə bilər ki?”-  AÇIQLAMA

9 Yanvar 2013, 11:58

Azərbaycanın eks-spikeri, hazırda Amerikaya mühacirət həyatı yaşayan Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Partiya sədri Sülhəddin Əkbər Modern.az-a açıqlamasında ACP-nin prezident seçkiləri ilə bağlı mövqeyinin digər müxalifət partiyalarından fərqli olduğunu bildirib. İlk öncədə ölkədə demokratik mühitin yaradılmasını önə çəkən S.Əkbər Rəsul Quliyevin namizədliyi ilə bağlı partiyanın mövqeyini belə izah edib:

“Bizim seçkilərlə bağlı yanaşmamız tam fərqlidir. Biz ilk öncə demokratik şəraitin yaradılmasına çalışırıq. Demokratik seçki mühiti olmayandan sonra ədalətli seçkidən söhbət belə gedə bilməz. Rəsul bəy namizəd olacağını bəyan edirsə, təbii ki, bu bir istəkdir. Amma indiki durumda Rəsul Quliyev seçkilərdə necə iştirak edə bilər ki?”.

ACP sədri R.Quliyevlə mütəmadı əlaqə saxladıqlarını deyərək partiyanın fəaliyyəti ilə bağlı eks-spiker tərəfindən xüsusi tapşırıqlar aldıqlarını bildirib. 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi