Modern.az

Türkmənistan prezidenti Ərdoğana zəng vurdu

Türkmənistan prezidenti Ərdoğana zəng vurdu

Dünya

7 Fevral 2022, 16:32

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

 

Telefon danışığı zamanı Türkmənistanın dövlət başçısı R.T.Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğana şəfalar diləyib.

 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğan koronavirusa yoluxub. Xəstəliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə zəng edərək ona və həyat yoldaşına şəfalar diləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal