Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfəri başlayıb.
Modern.az xəbər verir ki, onun təyyarəsi Moskvada hava limanına enib.
Makron səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və Ukrayna ətrafında yaranan vəziyyəti müzakirə edəcək.
Bundan əlavə, Makron Putinlə görüşündən sonra çərşənbə axşamı Kiyevə gedəcək.