Modern.az

Gürcüstanda 3 deputatın mandatı ləğv edilir

Gürcüstanda 3 deputatın mandatı ləğv edilir

Dünya

7 Fevral 2022, 20:57

Gürcüstan parlamentinin deputatları -  “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə mandatlarından məhrum edilə bilər.

 

Modern.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər üzrə Komitəsi məsələ ilə bağlı müsbət rəy verib.

 

“Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatı isə dələduzluqda ittiham edildiyi üçün ləğv edilə bilər.

 

Komitənin qərarı gələn həftə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq və səsverməyə qoyulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal