Modern.az

Rusiyanın BMT-dəki səfiri koronavirusa yoluxdu

Rusiyanın BMT-dəki səfiri koronavirusa yoluxdu

Dünya

7 Fevral 2022, 22:24

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.

 

Bildirilir ki, onun testi müsbət çıxıb, səfir özünü təcrid edib.

 

“Daimi Nümayəndəlik əməkdaşları mütəmadi olaraq COVID-19 üçün sınaqdan keçirilir. Bu, xüsusilə BMT-nin mənzil-qərargahında üzbəüz tədbirlərdə iştirak edən diplomatlara aiddir. Vasili Nebenzinin testi bu gün müsbət çıxıb. Daimi nümayəndə özünü təcrid edib və test nəticələri mənfi olduqda işə qayıdacaq", - deyə məlumatda qeyd olunur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal