Modern.az

Keçmiş nazir Ukraynada döyüldü

Keçmiş nazir Ukraynada döyüldü

Dünya

7 Fevral 2022, 22:41

2003-2004 və 2008-2012-ci illərdə Gürcüstanın ədliyyə naziri olmuş Zurab Adeişvili naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq döyülüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

 

Hadisədən sonra 49 yaşlı zərərçəkən şəhər xəstəxanalarından birinə yerləşdirilib.

 

İlkin məlumatlara görə, hadisə dörd nəfər tərəfindən törədilib.

 

Adeişvili müxtəlif vaxtlarda Gürcüstanın dövlət təhlükəsizliyi naziri və baş prokuror vəzifələrində də çalışıb. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin seçkilərdə məğlub olmasından sonra Adeişvili Ukraynaya köçüb və orada baş prokurorun müşaviri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal