Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi yaxın günlərdə məlum ola bilər.
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Prezidentimizin Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı təklifi kritik əhəmiyyət kəsb edir. Ukrayna buna müsbət baxır, əgər Rusiya müsbət cavab versə, o zaman görüş baş tutacaq. Cənab Putin səfər edəcək. Onun Türkiyəyə səfərinin tarix yaxın günlərdə bəlli olacaq”, - deyə Ərdoğanın nümayəndəsi bildirib.
Akif İsmayılov