Modern.az

Hansı dövlət orqanında işləmək istəyənlər testdən yaxşı keçə biliblər? - SİYAHI

Hansı dövlət orqanında işləmək istəyənlər testdən yaxşı keçə biliblər? - SİYAHI

9 Yanvar 2013, 16:07

7, 14, 17 avqust, 6 sentyabr, 5 və 24 oktyabr 2012-ci il tarixlərdə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 101 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 2465-i (ortalama 32,00%) qadın namizəd olmaqla 7593 namizəd qeydə alınmışdı. Qeydə alınmış 7593 namizədin ortalama 81,00%-ni gənclər təşkil edib. Komissiyanın mətbuat xidmərindən Modern.az-a bildirilib ki, namizədlərdən 2634 nəfəri (bütün namizədlərin ortalama 35,00%-i) test imtahanında iştirak etməyib. Bunlardan 228 nəfəri (8,7%-i) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 225 nəfəri (8,6%-i) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 209 nəfəri (7,9%-i) İqtisadi İnkişaf Nazirliyi, 194 nəfəri (7,4%-i) Əmlak Məsələləri Dövlət Komitəsi, 166 nəfəri (6,3%-i) Təhsil Nazirliyi, 146 nəfəri (5,6%-i) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 137 nəfəri (5,2%-i) Dövlət Statistika Komitəsi, 124 nəfəri (4,7%-i) Mədəniyyət və Turizm Nazirliyi, 120 nəfəri (4,6%-i) Dövlət Sosial Müdafiə Fondu, 101 nəfəri (3,8%-i) isə Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 540-ı (ortalama 30,00%) qadın namizəd olmaqla 1774 nəfəri (35,8%, bütün namizədlərin isə 23,4%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 84,00%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən

572 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

392 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

331 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilmiş, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

Əmlak Məsələləri Dövlət Komitəsi – 181 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 375 namizəddən 189-u (ortalama 50,00%) test imtahanından uğurla keçib;

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 24 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 519 namizəddən 146-sı (ortalama 28,00%) test imtahanından uğurla keçib;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 76 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 415 namizəddən 135-i (ortalama 33,00%) test imtahanından uğurla keçib;

İqtisadi İnkişaf Nazirliyi – 20 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 432 namizəddən 130-u (ortalama 30,00%) test imtahanından uğurla keçib;

Təhsil Nazirliyi – 74 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 342 namizəddən 113-ü (ortalama 33,00%) test imtahanından uğurla keçib;

Dövlət Sosial Müdafiə Fondu – 112 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 255 namizəddən 98-i (ortalama 38,00%) test imtahanından uğurla keçib;

Dövlət Statistika Komitəsi – 101 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 202 namizəddən 81-i (ortalama 40,00%) test imtahanından uğurla keçib;

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 64 yerə qarşı test imtahanı mərhələsində iştirak edən 144 namizəddən 61-i (ortalama 42,00%) test imtahanından uğurla keçib.

Müsabiqənin müsahibə mərhələsi 3 dekabr 2012-ci il tarixdə başlayıb. Bu günə kimi müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərdən 98 nəfəri vakant vəzifəyə uyğun hesab edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi