ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi koronavirusa yoluxmaların artması səbəbindən yeddi ölkəni səyahət edilməsi riskli ölkələr siyahısına əlavə edib.
Modern.az xəbər verir ki, bu barədə mərkəzin saytında məlumat yayılıb.
“Omicron” ştamına yoluxmaların artması səbəbindən Yaponiya, Kuba, Ermənistan, İsrail, Liviya, Oman və Konqo ABŞ vətəndaşlarının səyahət etməsi üçün riskli ölkələr siyahısına salınıb. Bununla da ABŞ-ın riskli hesab etdiyi ölkələrin sayı 134-ə çatıb.
Qeyd olunub ki, vətəndaşlar tam vaksinasiyadan keçmiş olsalar belə, siyahıdakı ölkələrə getməkdən çəkinməlidirlər.