Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 241 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında COVID-19 infeksiyası ilə əlaqədar 452 min 363 nəfərin test edildiyi, 111 min 96 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 82 min 168 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.