Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgəri Ceyhun Zaman oğlu Qubadovun döyülərək öldürülməsinə etiraz olaraq bir qrup gənc Bakıda etiraz aksiyası keçirəcək. Modern.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Əsgər ölümlərinə DUR deyək! adı altında baş tutacaq aksiya bu həftənin şənbə günü, saat 16:00-a təyin olunub. Bildirilib ki, aksiya heç bir təşkilat, partiya tərəfindən keçirilmir.
Qeyd edək ki, Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən 3 ayın əsgəri Ceyhun Zaman oğlu Qubadov döyülərək öldürülüb. Faktla bağlı Müdafiə Nazirliyinə cinayət işi açılıb.
Anar RÜSTƏMOV