Modern.az

"Tərtər işi"ndə 281 nəfər zərər çəkib - RƏSMİ

Hadisə

9 Fevral 2022, 12:32

"Tərtər işi" ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

 

"Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu