Modern.az

Ermənilər Xankəndi aeroportunun fevralda istifadəyə veriləcəyini bəyan etdilər

Ermənilər Xankəndi aeroportunun fevralda istifadəyə veriləcəyini bəyan etdilər

10 Yanvar 2013, 10:22

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində ermənilərin qeyri-qanuni istismarında olan Xankəndi hava limanı gələn ay istifadəyə veriləcək. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Dağlıq Qarabağdakı separatçı rejimin rəsmisi David Babayan məlumat verib. O bildirib ki, aeroportun istifadəyə verilməsi üçün hələlik bir sıra texniki problemlər var.

“Bir neçə kiçik texniki problem var, bunlar isə qısa zamanda həll ediləcək. Çox güman ki, ən geci bir ay müddətinə aeroport istifadəyə hazır olacaq”, - deyə Babayan vurğulayıb.

Qeyd edək ki, erməni mətbuatında yer alan məlumatlara görə, Xankəndi hava limanının istifadəyə veriləcəyi ilk mərhələdə saatda 100 sərnişinə xidmət göstəriləcək, uçuşların «Air Artsakh» şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi