Modern.az

Avropa-Qafqaz-Asiya dəhlizində daşınan yüklərin HƏCMİ

Avropa-Qafqaz-Asiya dəhlizində daşınan yüklərin HƏCMİ

9 Fevral 2022, 14:38

2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39627,4 min ton, yük dövriyyəsi isə 9591,5 milyon ton-km olub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 2020-ci illə müqayisədə müvafiq olaraq 3,0 faiz və 3,6 faiz artım müşahidə edilib.

 

Yüklərin 21606,6 min tonu və ya 54,5 faizi avtomobil nəqliyyatı, 13462,8 min tonu və ya 34,0 faizi dəmir yolu nəqliyyatı, 4558,0 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

 

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 8826,3 min tonunu tranzit yüklər təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi