ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Raunun Moskvaya səfəri fevralın 14-də axşam saatlarında başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.
“Moskvaya səfər bazar ertəsi axşam başlayacaq. Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə etməyi planlaşdırdığı mövzular arasında ATƏT-in gündəliyindəki məsələlər, o cümlədən Polşa sədrliyinin Avropa təhlükəsizliyi üzrə dialoqa dair yeni təşəbbüsü, Ukraynadakı vəziyyət və münaqişənin nəticələri var", - XİN sözçüsü vurğulayıb.