Modern.az

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

9 Fevral 2022, 17:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, görüş fevralın 15-də baş tutacaq.

 

“Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, - XİN rəsmisi vurğulayıb.

 

Bundan əlavə, Zaxarova Lavrovun ATƏT sədrilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama