Modern.az

Bakı Dövlət Universitetinin saxta diplomunu satan şəxs yaxalandı

Bakı Dövlət Universitetinin saxta diplomunu satan şəxs yaxalandı

10 Yanvar 2013, 12:52

Paytaxtda Bakı Dövlət Unversitetinə məxsus saxta diplom satan şəxs ifşa edildi. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində yaşayan Samir Mirzəyev Bakı Dövlət Universitetinin adından saxta diplomu hazırlayaraq 6600 dollara satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi