Modern.az

Azərbaycanda bələdiyyə əməkdaşı həbs olunub

Azərbaycanda bələdiyyə əməkdaşı həbs olunub

10 Yanvar 2013, 13:03

Saatlı şəhər bələdiyyəsinin əməkdaşı tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumatda bildirilir ki, yanvarın 4-də İmişli rayonunda, özünü Heydər Nəsirov kimi təqdim edən şəxs Qızılkənd kənd sakini Rasim Salahova hədə-qorxu gələrək, ondan 400 manat alıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı şəhər bələdiyyəsində vergi agenti işləyən Nəsir Nəsirov tutulub.  Faktla bağlı araşdırma aparılır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi