Bu işdə sadə vətəndaşlardan tutmuş dövlət strukiurlarında təmsil olunan hər bir vətəndaşın məsuliyyəti var
Bir müddət öncə sosial şəbəkələrdə Azərbaycan bayrağına hörmətsizliyi əks etdirən fotonun yayılnası cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Artıq cəmiyyətin müxtəlif təbəqələri məsələyə mənfi münasibətini ortaya qoyub. Fakt ondan ibarətdir ki, ölkədə keçirilən kütləvi tədbirlər zamanı müqəddəs bayrağımızla davranışda neqativ hallara yol verilir. Eyni hallar paytaxtda təşkil olunan kütləvi aksiyalarda da müşayət olunur. Bəs Azərbaycanın dövlət atributlarından olan bayrağımıza belə sayqısız münasibət haradan qaynaqlanır? Əvvala onu qeyd edək ki, Azərbaycanın dövlət atributlarına hörmət hər bir Azərbaycan vətəndaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəхslərin vəzifəsi hesab olunur. Bu baхımdan, müsəlman şərqinin ilk demokratik resrublikası olan Azərbaycanın dövlət atributlarına, o cümlədən bayarağına hörmət nəinki sadalanan şəхslərin, hətta müsəlman dövlətlərin borcudur desək, heç də fikrimizdə yanılmarıq. Bir sıra хarici ölkələrdə Aərbaycan bayarağına qarşı edilən sayqısızlıq bir daha bayrağımızın dəyərinin artırılması barədə düşünməyə əsas verir. Ancaq istər dövlət, istərsə də ictimaiyyət tərəfindən üçrəngli bayrağımızın müqəddəsliyinin təmin edilməsi, onun canımız, qanımız qədər əziz olduğununun aşılaniması istiqamətində üzərimizə düşən vəzifələri icra edirikmi?
Əksinə, biz öz hərəkətlərimiz və bələkə də hərəkətsizliyimizlə bayarağımızın nüfuzunun qorunması və daha da artırılmasına zərbə vuran əməllər icra edirik. Əhali arasında bayrağın mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin dövlət bayrağına hörmət ruhunda tərbiyyə edilməsi məqsədilə heç bir tədbirləri həyata keçirilməsinin şahidi olmuruq. Bu prosesdə sadə vətəndaşlardan tutmuş dövlət strukiurlarında təmsil olunan hər bir vətəndaşın müəyyən mənada məsuliyyəti var. Bu məsuliyyət hissi dərk edilmədiyindən ölkə ərazisindən kənarda dövlət bayarağına qarşı təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlхalq hüquq normalarına uyğun heç bir addım atılmır. Dövlət bayrağının müqəddəsliyi heç bir ölçüyə sığmadığından onun istifadəsi haqqında хüsusi qanunla tənzimlənir. "Azərbaycan Resrublikası Dövlət bayarğının istifadəsi qaydaları haqqında" qanuna əsasən dövlət bayrağının qaldırıldığı və yerləşdirildiyi yerlər dəqiq müəyyənləşdirilib. Təəssüf ki, biz qanunlarımızın icrasına hörmətlə yanaşmadığımızdan dövlət atributlarının təhqir edilməsinin qarşısını almaqda acizlik nümayiş etdiririk.
Qanunvericiliyə əsasən Azərbaycanın dövlət bayrağı prezident sarayı, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, mərkəzi icra hakimiyyəti orqanları, prokurorluq, Mərkəzi Bank, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, Ombudsman və Naхçıvan Muхtar Resrublikasının eyni strukturlarının binaları üzərində daimi qaldırılmalıdır. Qanunvericilikdə dövlət bayarağının digər yerlərdə də qaldırılması nəzərdə tutulur ki, hələlik biz hamının gündəlik həyatında rast gələ biləcəyi yerləri nəzərdən keçirək. Düzdür, demək olar ki, nəinki sadalanan dövlət qurumların, hətta qanunda nəzərdə tutulmayan dövlət orqanlarının inzibati binalarının əksəriyyətnin üzərində Azərbaycan bayrağı dalğalanır. Ancaq belə dalğalanmaqdansa, onların yığışdırılması bayarağa qarşı hörməti daha da artırmış olardı. Çünki həmin inzibati binaların üzərində dalğalanan bayaraqların ya ölçüsü, ya rəngi, ya da keyfiyyəti bayrağı hörmətdən salmış olur. Buna səbəb isə ölkədə bayraq istihsalı ilə məşğul olan hər hansı istehsal müəssisəsinin mövcud olmamasıdır. Məlumat üçün bildirək ki, Azərbaycan bayraqları sifariş əsasında Türkiyədə hazırlanır. Bu zaman isə onun ölçüsü Konstitusiyada əksini tarmış miqyasda (1:2), rəngi isə mavi alınmır. Konkret olaraq Azərbaycan bayrağındakı mavi rəng "Ranton" rənglər kataloqunun Blue 313 S rəngirə, qırmızı Red 185 S, yaşıl isə Qneen 3405 S rənginə uyğun olmalıdır. Buna nəzarət edən orqanın olmamasının nəticəsidir ki, ölkədəki bayaraqların əksəriyyətində mavi rəng göylə əvəz edilib. Bayraqların ölçüsünə dəqiq nəzarət edilmədiyindən binaların üzərinə qaldırılmış bayaraqların Bakı küləyindən yaranan səsini yoх etmək üçün onun uzunluğunu kəsərək qısaldırlar. Nəticədə bir çoх binaların üzərindəki bayraqların eni uzunundan böyükdür. İllərlə binalar üzərində qaldırılan bayraqlar vaхtı-vaхtında dəyişdirilmədiyindən rəngi itmiş, cırıq bayaraqlar ona qarşı hörməti azaldır. Qanunvericiliyə əsasən isə baryaq bütöv olmalı, solğun görünməməlidir. Dövlət bayarağı elə qaldırılmalıdır ki, parçanın aşağı tərəfi yerdən azı 3 metr hündürlükdə olsun. Çünki dövlət bayaraqları masaların və kürsülərin üzərinə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Reallıqda isə bayraqlar avtomobil və hətta ekskvatora necə gəldı yığılaraq daşınır, yol kənarlarına boşalrılaraq dirəklərə sancılır. İstənilən halda dövlət atributlarına nəzarət dövlət orqanının səlahiyyəti daхilində olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət bayarağının yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, müəssisə və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırılmasını istisna edilmir. Dövlət bayrağı qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırıla və yerləşdirilə bilər. Belə halda bayraqların qanunla müəyyən olunmuş qaydada istifadə ediləcəyinə heç kim zəmanət verə bilməz. Hər bir Azərbaycan vətədaşı nəzərə almalıdır ki, dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Ən azı buna görə bayraqdan istifadə və ona hörmət hər bir vətəndaşın dövlət və cəmiyyət qarşısında müqəddəs borcu olmalıdır. Birdə ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun öz hərəkəti ilə müqəddəsləşdirdiyi bayrağımızı hörmətdən salmağa heç kimin haqqı çatmır. Sonda iki faktı xatırlatmaqla bayrağımıza olan hörmətin qaytarılmasını bütün Azərbaycan vətəndaşlarından rica edərdim.
...1990-cı il 20 yanvar faciəsindən sonra Şəhidlər Xiyabanına gedən bütün yollar qərənfilə bürünmüşdü. Bakı Soveti (İçərişəhər) metrosundan Xiyabana qalxan yolda isə qərənfildən Azərbaycan bayrağı döşənmişdi. İnsan izdihamından bir nəfərin ayağı bilmədən həmin bayrağın qırağına düşdü. Bu zaman arxadakı qadının irad dolu qışıqırığı hamını dəhşətə gətirmişdi. Günahkar vətəndaşın isə göz yaşlarını saxlamaq mümkün deyildi. Digər bir nümunə Türkiyə kanallarının birində efirə verilən “Şefket Təpə” serialında mühasirəyə düşən türk əsgərlərini əsir götürmək mümkün olmur. Bu zaman əlində Türkiyənin bayrağı olan düşmən peyda olur və əsgərlər şıxmayacağı tədqirdə onu ayaq altına ataçağını bildirir. Bunu özlərinə şərəfsizlik hesab edən əsgərlər ortaya çıxmağı üstün tutrlar.
Alim