Modern.az

Jirinovski iki həftə koronavirusa yoluxduğunu GİZLƏDİB

Jirinovski iki həftə koronavirusa yoluxduğunu GİZLƏDİB

Dünya

10 Fevral 2022, 10:17

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski iki həftə ardıcıl olaraq koronavirusa yoluxduğunu ictimaiyyətdən gizlədib.

Modern.az xəbər verir ki, bunu "Kommersant" qəzeti Səhiyyə Nazirliyinə yaxın mənbəyə istinadən bilkdirib.

Mənbənin sözlərinə görə, Liberal Demokrat Partiyasının mərkəzi ofisindən işçilərə bildiriblər ki, Jirinovski profilaktika məqsədi ilə “Omicron” ştammı ilə kütləvi yoluxmanı nəzərə alaraq, müvəqqəti ev karantininə keçib, uzaqdan işləməyə qərar verib. Əslində isə o, həmin vaxt yoluxubmuş. Deputatın diaqnozundan dar bir dairə, o cümlədən, şəxsi mühafizəçiləri, köməkçiləri və aparat rəhbərinin xəbəri olub.

İndi partiyanın rəhbəri Moskva Mərkəzi Klinik Xəstəxanasındadır, vəziyyəti stabildir və bütün lazımi yardımları alır.

Bundan əvvəl mətbuatda siyasətçinin vəziyyətinin ağır olduğu, bu səbəbdən də onun süni nəfəs aparatına qoşulduğu bildirilmişdi. Lakin vəziyyətlə tanış olan “RİA Novosti” agentliyinin mənbəsi bu iddiaları təkzib edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza