Modern.az

Rusiya Ukraynanın suverenliyini tanımalıdır - Britaniya XİN

Rusiya Ukraynanın suverenliyini tanımalıdır - Britaniya XİN

10 Fevral 2022, 11:36

Moskvaya səfərə gələn Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiya Federasiyasını diplomatiya yolu ilə getməyə və Ukraynanın suverenliyinə hörmət etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

 

Qeyd edək ki, Moskvada Rusiya və Böyük Britaniya xarici işlər nazirləri arasında danışıqlar baş tutacaq. Britaniya səfirliyinin məlumatına görə, Truss Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Rusiyanın paytaxtına gəlib.

 

“Ukraynadakı müharibə Rusiya, Ukrayna və Avropanın təhlükəsizliyi üçün fəlakətli olacaq. Buna görə mən bu həftə Moskvadayam. Rusiya diplomatik yolla getməli və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir", - deyə Truss qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama