Modern.az

Arif Yunus: “Xankəndi aeroportundan indi də uçuşlar edilir”

Arif Yunus: “Xankəndi aeroportundan indi də uçuşlar edilir”

10 Yanvar 2013, 13:49

 “Ermənistan tərəfi Xankəndi hava limanından istifadə etməyəcək. Azərbaycan tərəfi də onların təyyarəsini vurmayacaq”. Bunu Modern.az-a açıqlamasında konfliktoloq Arif Yunus bildirib. Onun sözlərinə görə, bu, sadəcə informasiya müharibəsinin yeni mərhələsidir.

“İnanmıram ki, fevralda və yaxud başqa bir ayda ermənilər Xankəndi hava limanını beynəlxalq statusda istifadə etsin. İndi bir tərəf bəyan edir ki, istifadə edəcəyəm, digər tərəf isə onu vuracağını bildirir. Bu məsələdə bundan başqa heç nə gözləmirəm. Tutaq ki, sabah nə isə oldu. İnanmıram ki, bunun nəticəsində geniş miqyaslı döyüşlər və yaxud müharibə başlasın. Gərginlik olacaq, vəssalam”. 

A. Yunus bildirib ki, əslində ermənilər həmin hava limanından artıq istifadə edirlər. “Rəsmi olmasa da, oradan İrəvana daxili reys kimi təyyarə uçur. Ermənilər istəyirlər ki, bu hava limanına rəsmi, beynəlxalq aviasiya qurumlarının xüsusi icazə verilsin. Azərbaycan məhz buna qarşı çıxır. Prezident Sərkisyan deyir ki, “ilk biletli sərnişin olacağam”. Onsuz da Ermənistan prezidenti qeyri-rəsmi formada ora uçur. Deməli, söhbət yalnız hüquqi müstəvidə qələbə, üstünlük qazanmaqdan gedir”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi