Modern.az

Hərbçilər hazır vəziyyətə gətirilib - CONSON

Hərbçilər hazır vəziyyətə gətirilib - CONSON

10 Fevral 2022, 17:33

“Böyük Britaniya humanitar böhrana cavab vermək və Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə yardım göstərmək üçün 1000 hərbçisini hazır vəziyyətə gətirib”.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

 

Boris Conson deyib ki, hazırda hərbi əməliyyatlara hazırlıq gedir, eyni zamanda, iqtisadi sanksiyalar hazırlanır:

 

"Bununla belə biz Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıyıq".

 

O bildirib ki, son onilliklərdə Avropada belə böhran yaşanmayıb.

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama