Modern.az

Ermənistan əhalisi azalır - Dövlət Komitəsi

Ermənistan əhalisi azalır - Dövlət Komitəsi

10 Fevral 2022, 17:36

Ermənistanda daimi yaşayan əhalinin sayı azalıb. Modern.az xəbər verir ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, daimi əhalinin sayı 2020-ci ilin sonunda 2 milyon 963 min nəfər idisə, bu rəqəm 2021-ci ilin sonunda 2 milyon 961 min nəfər olub.
 

2021-ci ildə Ermənistanı 762 792 vətəndaş tərk edib, 689 221 nəfər gəlib. Fərq 73571 vətəndaş olub.

Belə böyük mənfi saldo son 10 ildə heç vaxt qeydə alınmayıb. Maraqlıdır ki, 2020-ci ilin böhran və müharibə illərində gələnlərin sayı gedənlərdən 42 786 nəfər çox olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama