Modern.az

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verdi

Dünya

10 Fevral 2022, 19:00

Minsk Dnepr şəhərində Belarusun dövlət bayrağının ağ-qırmızı-ağ kətanla əvəzlənməsi ilə bağlı Kiyevə etiraz notası göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus səfirliyi məlumat yayıb.

 

Fevralın 9-da Dnepr şəhərinin meri Boris Filatov meriyanın qarşısındakı bayraq dirəyində asılmış Belarus bayrağının Belarusdakı etirazların simvollarından biri olan ağ-qırmızı-ağ rəngli kətanla əvəz edildiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna haqqında dediyi “manipulyasiya xarakterli bəyanatlar, təhdidlər və cəfəngiyatlardan” sonra edilib.

 

Dnepr meriyası səfirin “vandalizm” faktı ilə bağlı müraciətinə cavab vermədiyi üçün Ukrayna Xarici İşlər Nazirliyinə nota göndərilib və bu notada Ukrayna tərəfinə kəskin etiraz edilib.

 

Belarus tərəfi Belarus Respublikasının Dövlət bayrağının qoyulduğu yerə qaytarılmasını, rəsmi üzr istənilməsini və xarici dövlətin rəsmi rəmzlərinin təhqir olunması ilə bağlı araşdırma aparılmasını tələb edib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal