Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz ikinci dəfə koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Klaren Haus rəsmi hesabında məlumat yayıb.
Bildirilib ki, şahzadə hazırda özünü təcrid edib.
Qeyd edək ki, şahzadə koronavirusa ilk dəfə pandemiyanın əvvəlində - 2020-ci ilin mart ayında yoluxub.
Şahzadə Çarlz Böyük Britaniya kraliçasının böyük oğludur. Onun atası Şahzadə Filip 2021-ci ilin aprelində 99 yaşında vəfat edib.