Modern.az

Rusiya sülhməramlıları Qarabağda atəş açdılar

Rusiya sülhməramlıları Qarabağda atəş açdılar

11 Fevral 2022, 10:46

Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A-dan atış təlimləri keçirib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında bildirilib.

“BTR-82A-dan tək və qrup hədəflərə atış təlimləri həyata keçirilib”, - deyə rəsmi məlumatda qeyd edilib.

Həmçinin Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti atıcı silahlardan atəş hazırlığı üzrə təlimlər keçirib. Təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Xatırladaq ki, Rusiya sülhməramlıları Qarabağdakı 27 müşahidə məntəqəsində monitorinq aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək