Ötən ay “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin 97 %-i 1 200 kubmetrlik limit həcmini keçməyiblər.
Modern.az-ın məlumatına görə, bunu “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 olub ki, bu da “Azəriqaz”ın ümumi abonentlərin sayının 2,1 %-ini təşkil edib.
Baş direktorun sözlərinə görə, ötən ay ümumilikdə 14 765 ədəd sayğac dəyişdirilib.