Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Modern.az xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kəmalə Quliyeva BDU-nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
K.Quliyeva məlumatı saytımıza açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, K.Quliyeva əvvəllər bir sıra tanınmış mətbuat orqanlarında fəaliyyət göstərib.