Modern.az

Azərbaycan OPEC+ üzrə öhdəliyi 241% yerinə yetirib

Azərbaycan OPEC+ üzrə öhdəliyi 241% yerinə yetirib

11 Fevral 2022, 20:56

2022-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında qeyd olunub.

 

Bu göstərici ötən ilin dekabr ayında 0,6 milyon barel/sutkaya bərabər idi.

 

Bildirilib ki, yanvar ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 241 faiz yerinə yetirib: "2021-ci il dekabr və 2022-ci il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barel/sutka və 0,66 milyon barel/sutka müəyyən edilib".

 

Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 675 min barel/sutka təşkil etməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi