Modern.az

Rusiya gəmiləri Qara dənizə daxil olub

Rusiya gəmiləri Qara dənizə daxil olub

Dünya

12 Fevral 2022, 14:29

Rusiya Müdafiə Nazirliyi 30-dan artıq hərbi gəminin təlimlər üçün Qara dənizə daxil olduğunu açıqlayıb. 

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “Təlim üçün Sevastopol və Novorossiysk limanlarından Qara dənizə 30-dan çox hərbi gəmi daxil olub”, - deyə nazirliyin açıqlamasında bildirilir.

 

Xatırladaq ki, Müdafiə Nazirliyinin yanvarın 20-də yaydığı açıqlamada Rusiya donanmasının yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcəyi diqqətə çatdırılıb.

 

Bundan əlavə, sözügedən təlimlərə 140 gəmidən əlavə, 60 təyyarə və 10 min əsgərin qatılacağı açıqlanıb.

 

Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama