Modern.az

Almaniyda benzinin qiyməti pik həddə ÇATDI

Almaniyda benzinin qiyməti pik həddə ÇATDI

Dünya

12 Fevral 2022, 16:22

Almaniyada benzinin qiyməti ən yüksək həddə çatıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada benzinin (E10) bir litrinin qiyməti 1.712 avroya yüksəlib. Bu, 2012-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

 

Bahalaşma sürücülərin narazılığına səbəb olub. Onlar benzin və dizel yanacağının bahalaşmasına etirazlarını bildiriblər.

 

Ümumilikdə isə Almaniya neftin, elektrik enerjisinin və qazın qiymətləri artdıqca, bahalı enerji bir çox ev təsərrüfatlarında problemlərə gətirib çıxarır. Bu səbəbdən sakinlər qiymət artımını ədalətsiz qərar kimi qiymətləndirirlər.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal