İsveçin xarici işlər naziri Karin Valensten Ukrayna ətrafındakı vəziyyətin ölkəsinin NATO-ya üzvlüklə bağlı mövqeyinə təsir etmədiyini və alyansa qoşulmaq istəmədiklərini bildirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nazir eyni zamanda, Stokholmun bu blokla əməkdaşlığa tərəfdar olduğunu qeyd edib.
Karin Valensten deyib ki, belə vəziyyətdə sabitlik olduqca vacibdir.
"Bizim təhlükəsizlik siyasətimiz aydındır. Biz NATO-nun yaxşı və güclü tərəfdaşı olmaq istəyirik, lakin alyansa qoşulmaq niyyətində deyilik”.
Turqay Musayev