Türkiyə Ukraynada təhlükəsizliklə bağlı vəziyyəti yaxından izləyir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.
XİN Türkiyə vətəndaşlarını məcburiyyət olmadığı halda Ukraynanın şərqinə səyahət etməməyə çağırıb.
Bundan əlavə, nazirlik Ukraynadakı ölkə vətəndaşlarına şəxsi təhlükəsizlikləri ilə bağlı bütün tədbirləri görməyi və Ukraynanın şərqinə səyahətdən əvvəl Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.