Modern.az

Kremldən Putin-Bayden danışıqları barədə açıqlama - YENİLƏNİB

Kremldən Putin-Bayden danışıqları barədə açıqlama - YENİLƏNİB

Dünya

12 Fevral 2022, 23:43

Bu gün ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, Rusiya liderinin köməkçisi Yuri Uşakov görüşün detalları barədə məlumat verib.

 

O qeyd edib ki, Vladimir Putin və Co Bayden bir saatdan çox danışıblar.

 

“Söhbət bir saatdan bir qədər çox çəkdi. Bugünkü söhbət ABŞ rəsmilərinin Rusiyanın guya Ukraynanı işğal etməsi ilə bağlı görünməmiş isteriya atmosferində keçdi”, - deyə Uşakov bildirib.

 

Onun sözlərinə görə, ABŞ Prezidenti telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları xatırladıb, lakin bu məsələyə xüsusi diqqət yetirilməyib.

 

Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasındakı söhbətin balanslaşdırılmış və işgüzar xarakter daşıdığını vurğulayıb.

***

22:20

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, Ağ Ev danışıqların bəzi detallarını açıqlayıb.

 

Bayden Putinə bildirib ki, Ukrayna ətrafında gərginlik yaranarsa, Rusiya ABŞ və onun müttəfiqləri ilə üz-üzə qalacaq.

 

"ABŞ həm Rusiya Federasiyası ilə diplomatik əməkdaşlığa, həm də digər ssenarilərə hazırdır, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi halında qəti və tez cavab verəcək", - deyə Ağ Ev bildirib.

 

***

21:39

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Məlumata görə, telefon danışığı 1 saata yaxın davam edib. Ağ Ev hələlik danışıqların məzmununu açıqlamayıb. 

 

***

20:24

 

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutur.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal