Modern.az

ABŞ hərbi təlimçilərini Ukraynadan çıxarır

ABŞ hərbi təlimçilərini Ukraynadan çıxarır

Dünya

12 Fevral 2022, 20:34

ABŞ Milli Qvardiyasının 150-yə yaxın təlimçisi “Rusiya işğalı təhlükəsi” fonunda Ukrayna ərazisini tərk edir.

 

Modern.az xəbər verir ki, bu barədə anonimlik şərti ilə "Reuters"ə danışan ABŞ rəsmisi məlumat verib.

 

Amerikalı hərbi qulluqçular Ukrayna hərbçilərinə təlim keçmək üçün bu ölkəyə yerləşdirilib.

 

Hərbi təlimatçıların ölkədən çıxarılması qərarı ABŞ Dövlət Departamentinin Ukraynadakı diplomatlarını ölkəni tərk etmələri barədə göstəriş verməsindən sonra qəbul edilib. Hərbi təlimatçıların hara göndəriləcəyi hələlik bəlli deyil.

 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal